Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək
Tbilisi, 17 noyabr, AZƏRTAC
Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, heç bir ölkədə parlamentin legitimliyini müxalifətin tanıması tələb olunmur, əks halda dünyada demokratiya olmazdı.
“Gürcüstanın hələ də formal prezidenti olan Salome Zurabişvili parlamentin ilk iclasını təyin etməməklə ölkə Konstitusiyasını növbəti dəfə pozacaq. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, - deyə İ.Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]