Gürcüstanın Yuxarı Lars sərhəd-keçid məntəqəsində beynəlxalq daşımalarla bağlı qaydalarda dəyişiklik edilib
Tbilisi, 5 aprel, AZƏRTAC
Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində beynəlxalq nəqliyyat daşıyıcıları üçün hərəkət qaydalarında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Agentliyi məlumat yayıb.
Dəyişiklik Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin məlumatı əsasında həyata keçirilir və mayın 23-dək qüvvədə olacaq.
Məlumatda bildirilib ki, mayın 23-dək “Kazbeqi/Daryal” sərhəd-keçid məntəqəsində rabitə vasitələrinin dəyişdirilməsi və yol hərəkəti qaydalarına dəyişikliklərlə əlaqədar beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük keçid məntəqələrində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Sərhəd keçidində hərəkət zolaqlarının sayı 11-dən 6-ya endiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]