REGİONLAR
Hacer Özserezli: Növbəti səfərimdə Qarabağı əvvəlki kimi görəcəyimə ümid edirəm VİDEO
Şuşa, 29 oktyabr, AZƏRTAC
Ermənilərin bu əraziləri nə hala saldıqlarını - çəkdiyim fotoları övladlarıma, nəvələrimə göstərəcəyəm. Növbəti səfərimdə onları da buraya gətirəcəyəm ki, işğal dövründə bu yerlərin nə vəziyyətə salındığını görsünlər.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən türkiyəli səyyah Hacer Özserezli deyib.
O, ermənilərin Qarabağda törətdiyi barbarlığı görəndə çox kədərləndiyini qeyd edib: “Qarabağda hər şey yerlə-yeksan edilib, burada baş vermiş hadisələr utancvericidir”.
“Mən bu gün Şuşada iki bayramı eyni anda yaşayıram. Sanki 40 ildir Azərbaycanda yaşamış kimiyəm. Şükürlər olsun ki, burada bərpa işləri sürətlə davam edir. Növbəti dəfə buraya səfər edəndə Qarabağı əvvəlki kimi görəcəyimə ümid edirəm”, - deyə H.Özsezerli bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]