Hacıqabulda istixanalardan 611 ton tərəvəz yığılıb
Hacıqabul, 8 iyun, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun ayrı-ayrı yaşayış məntəqələrində 31 hektar ərazidə 21 istixanada tərəvəz (pomidor-xiyar) yetişdirilir. Cari ilin ötən ayları ərzində bu istixanalardan 611 ton tərəvəz yığılaraq daxili bazarlara göndərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tədarük olunan məhsulun 535 tonunu pomidor, 76 tonunu isə xiyar təşkil edib.
Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün onun şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirirlər. Ötən il rayonun Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni istixana tikilib istifadəyə verilib. İstixananın məhsul istehsal gücü 1 hektara 250-300 tondur. Burada 100 nəfər daimi işlə təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]