Hacıqabulda yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi müəyyən olunub
Hacıqabul, 14aprel, Mahir Babayev, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakini Elşən Həmzəyevə COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
E.Həmzəyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evinə geri qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]
Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
- 09.10.2026 [13:49]
Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb
- 09.10.2026 [13:25]