Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Səfixanov: Süni intellektə əsaslanan ölümcül təsirə malik silah istehsalına yol verilməməlidir

Hafiz Səfixanov: Süni intellektə əsaslanan ölümcül təsirə malik silah istehsalına yol verilməməlidir

Bakı, 14 mart, AZƏRTAC

Artıq bir neçə ildir ki, dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri süni intellektə əsaslanan ölümcül təsirli silah sistemləri üzərində aktiv şəkildə işləyirlər. Belə silahların istehsalı qərarların qəbulunda insan faktorunu nəzərə almır və nəticədə bütün qərarlar avtonom şəkildə fəaliyyət göstərən robot silahlar tərəfindən qəbul edilir. Ekspertlər bildirirlər ki, heç bir ölkə bu cür robot silahların gözlənilməz kütləvi hücumu qarşısında dayana bilməyəcək. Çünki belə silahlar insanlardan daha tez hədəfi müəyyən etmək və məhv etmək bacarığına malik olacaq. Həmçinin həmin silahların fəaliyyətinə insanlarda güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar da maneə ola bilməyəcək. Beləliklə robot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradacaq. İnsan müdaxiləsi olmadan, özü idarə olunan süni zəka silahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

O fikrini davam etdirirək deyib: “Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada süni intellektə əsaslanan silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. Bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. 26 Nobel sülh mükafatçısı həmin prosesdə iştirak edir. BMT-nin Baş katibi dövlətləri 2026-cı ilə qədər müqavilə bağlamağa çağırıb. Bununla əlaqədar BMT Baş Assambleyası xüsusi qətnamə qəbul edib və qətnamədə qeyd olunur ki, istənilən sonrakı gecikmə beynəlxalq ictimaiyyətin süni intellektə əsaslanan silah sistemlərinin yaratdığı ciddi və təcili risklərdən qorunmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdacaq. “Qoşulmama Hərakatı” BMT Baş Assambleyasının sessiyasında bildirib ki, ölümcül avtonom silahların qarşısını almaq üçün hüquqi tənzimləyici bir sənədə ciddi ehtiyac vardır.

Dünyadakı terror qruplaşmalarının həmin silahları əldə etməsi və yaxud özlərinin hazırlamasını təsəvvür etmək belə insanda vahimə yaradır. Bundan başqa, bəzi silahlı birləşmələrin nəzarətdən çıxması və həmin silah sistemlərinə malik olmasının hansı fəlakətlərə səbəb ola biləcəyini indidən təsəvvür etmək olar. Bir neçə il bundan qabaq Rusiyada “Vaqner” silahlı birləşməsinin üsyanı və paytaxta hücuma keçməsi, bəzi ekspertlərin bildirməsinə görə nüvə silahına can atması bunu bir daha sübut edir.

Qeyd etmək lazımdır ki, müzakirələr süni intellektə əsaslanan sistemlərin tamamilə ləğvi istiqamətində aparılmır, həmin sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi sahəsindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində süni intellektə əsaslanan sistemlərin tətbiqi alqışlanır. Hazırda minaların təmizlənməsində, təhlükəli və fəlakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi, sərhədlərin qorunması və s. kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində süni intellektə əsaslanan sistemlər tətbiq edilir”.

İctimai birliyin sədri fikrini belə yekunlaşdırıb: “Bütün bunları nəzərə alaraq ölümcül təsirli süni intellektə əsaslanan silah sistemlərinə ölüm və həyat haqqında ixtiyar sahibi olmaq səlahiyyəti verilməməlidir. Dövlətlər insan həyatını qorumaq və ölümün avtomatlaşdırılmasına qarşı hüquqi qırmızı xətlər çəkmək üçün süni intellektə əsaslanan silah sistemləri haqqında hüquqi müqaviləni müzakirə etmək üçün cəsarətli siyasi addımlar atmalıdır. Nəzərə almaq lazımdır ki, ölkəmizin qonşuluğunda yerləşən bəzi dövlətlərdə də həmin silah silah sistemlərinin hazırlanması üçün ciddi işlər aparılır.

Düşünürük ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası süni intellektə əsaslanan silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə aktiv iştirak edərək öz təsirli töhfəsini verə bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq