Hakan Fidan: Türkiyə Yaxın Şərqdə sülh naminə fəaliyyətini davam etdirəcək
İstanbul, 16 yanvar, AZƏRTAC
Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Qordan Qrliç Radmanın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub. Görüşdən sonra iki nazir mediaya birgə açıqlama verib.
İsrail-Fələstin qarşıdurmasına toxunan Fidan bu məsələnin həllinin, eləcə də daimi sülhə nail olmağın yeganə yolunun iki dövlət prinsipi əsasında mümkünlüyünü bir daha təkrarlayıb. Qırmızı dəniz, İraq və Suriyada baş verənləri xatırladan Fidan bu cür gərginliklərin qarşılıqlı hal aldığını, İsrail-Fələstin arasında başlayan gərginliyin isə getdikcə daha geniş bölgəni əhatə etmə riski ilə qarşı-qarşıya qaldığını deyib.
Nazir Yaxın Şərq regionunda sülhün təmin edilməsi istiqamətində Türkiyənin fəaliyyətlərini davam etdirəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]