Hakan Fidan, Yaşar Gülər və İbrahim Kalın sabah İraqa gedəcəklər
İstanbul, 13 mart, Günel Karatepe, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın martın 14-ü İraqa səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə XİN-in media müşaviri Öncü Keçeli mediaya açıqlamasında bildirib. Qeyd edilib ki, Türkiyənin dövlət rəsmiləri Bağdadda keçiriləcək Təhlükəsizlik Sammitində iştirak edəcəklər. İclasda terrorla mübarizədə ortaq anlaşmanın formalaşdırılması, enerji sahəsində əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.
Gündəmə dair digər məsələlər barədə açıqlama verən Keçeli İsrail-Fələstin qarşıdurmasına da toxunub. Bildirilib ki, indiyədək Türkiyədən Qəzzaya 40 min tondan artıq humanitar yardım göndərilib və yardımların davam etdirilməsi üçün İsraillə danışıqlar aparılır. İndiyədək Qəzzadan Türkiyəyə 1489 nəfər təxliyə edilib. Onlar Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları, eləcə də onların ailə üzvləridir. Daha bir qrup Türkiyə vətəndaşının təxliyəsi gözlənilir.
Hakan Fidanın ABŞ səfəri barədə açıqlama verən müşavir Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərlə bağlı Senatdan bəzi müsbət mesajlar aldıqlarını deyib. O, Türkiyə-Yunanıstan əlaqələrinin normallaşması istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]