Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində 89 mandat qazanıb
Tbilisi, 16 noyabr, AZƏRTAC
Oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun nəticələrinə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı noyabrın 16-da keçirilən sonuncu iclasında məlumat verilib. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar.
Bununla da Gürcüstanın hakim partiyası rekord nəticə ilə - seçicilərin təxminən 54 faizinin dəstəyini alaraq dördüncü dəfə hökumətdə qalmağa nail olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]