HAKİMLƏRİMİZƏ FİFA DƏRƏCƏLƏRİ VERİLDİ
AZƏRTAC xəbər verir ki, ölkə futbol çempionatında xüsusilə fərqlənən hakimlər Fariz Yusifov, Babək Quliyev və Vüsal Əliyev FİFA dərəcəsinə layiq görülmüşlər.
Ramiz Əsədov, İlham Əliyev, Azad Q.Hüseynov, Aydın Ələkbərov, Elman Musayev, Mehman Mahmudov isə FİFA-nın referi assistentləri təsdiq edilmişlər.
2006-cı ildə beynəlxalq futzal yarışlarını Anar Niyazov və Azər Məmmədov idarə edəcək, qadın futbolçuların turnirində Venera Muradova referi, Nuranə Muradova isə referi assistenti olacaqlar.