Hande Harmancı: Avropada koronavirusa yoluxanların 21 faizi tibb işçisidir
Bakı, 25 iyun, AZƏRTAC
Pandemiyanın sürəti artır. Dünyada yoluxanların sayının ilk 100 mini keçməsi üçün iki ay vaxt lazım oldu. Son 24 saat ərzində isə 180 minə yaxın yeni yoluxma halı qeydə alınıb.
AZƏRTAC-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, Avropada koronavirusla bağlı vəziyyət yaxşılığa doğru gedir. Qlobal olaraq isə vəziyyət ürəkaçan deyil. Avropada koronavirusa yoluxanların 21 faizi tibb işçisidir. Vəfat edənlərin 95 faizi digər xəstəlikdən əziyyət çəkənlər, 94 faizi isə 65 yaşdan yuxarı olan insanlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]