Havanın hərarəti 32 dərəcəyə yüksələcək
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 14-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18° isti, gündüz 25-29° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 17-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.