Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan ərazisində isti hava dalğası zəifləyir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi və ayın 12-dək davam edəcəyi gözlənilir.
Bu həftənin sonu və növbəti həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Küləyin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu ayın 9-10-11-də 27-29 dərəcə isti olacaq.
Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə, bu meteoroloji hadisə isti hava dalğası adlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]