HƏCC ZİYARƏTİNƏ GƏLƏN ZƏVVARLAR SƏUDİYYƏ ƏRƏBİSTANINI TƏRK ETMƏYƏ TƏLƏSMİRLƏR
Bu, Krallığın zəvvarlara ilk müraciəti deyildir. Lakin indiyədək belə çağırışların heç bir təsiri olmamışdır. Ölkədə hələ də müqəddəs yerləri tərk etməyə tələsməyən on minlərlə zəvvar yaşayır.
Bu il 2 milyondan çox zəvvar Məkkəyə həcc ziyarətinə gəlmişdir ki, onların da 1,55 milyon nəfəri əcnəbilər idi. Zəvvarların 23 min nəfəri hələ də Məkkədə, 123 min nəfəri isə Mədinədədir.
Zəvvarlıq İşləri Nazirliyinin göstərişi ilə bu iki şəhərin bütün xidmətləri fevralın 15-dək, sonuncu zəvvar ölkəni tərk edən vaxtadək gücləndirilmiş rejimdə işləyəcəkdir. Vaxtı keçmiş viza ilə Krallığın ərazisində yaşayan şəxsləri aşkara çıxarmaq üçün fevralın 11-dən etibarən gömrük reydləri və pasport yoxlamaları keçiriləcəkdir. Müəyyən olunmuş vaxtadək ölkəni tərk etməyənlər həbsə alınacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]