Hədəfli maliyyə sanksiyalarının tətbiqinin qaydaları müəyyənləşib
Bakı, 30 dekabr, AZƏRTAC
Milli Məclisdə “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Yeni qanun layihəsi, ölkəmizin beynəlxalq müstəvidə müvafiq fəaliyyətinin hüquqi çərçivəsinin yaradılmasına xidmət edir. Sənəd Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.
On üç maddədən ibarət sənəddə hədəfli sanksiyaların tətbiqinə dair bütün məsələlər öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]