Həftə sonunadək gözlənilən hava şəraiti açıqlanıb
Bakı, 16 iyul, AZƏRTAC
Bu həftənin sonunadək ölkə ərazisində hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik proqnozlaşdırılmır. Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.