Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 18-də Kürdəmir rayonunun Çöl-Qubalı kənd sakini 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:27]
“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [11:32]