HEMOFİLİYALI XƏSTƏLƏR ÜÇÜN FİLM ÇƏKİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ölkədə hemofiliya xəstəliyindən əziyyət çəkən valideyn və uşaqların maarifləndirilməsi məqsədi ilə yeni film çəkmişdir. “Çağırış” adlı filmdə bu irsi xəstəliyin törətdiyi fəsadlar, buna düçar olan uşaqların dərman problemi, ABŞ və digər ölkələrdən gətirilən dərman preparatlarından istifadə yolları, hemofiliya ilə mübarizə haqqında qanun layihəsi və yeni hazırlanmış dövlət proqramının əhəmiyyətindən bəhs olunur.
Film yaxın günlərdə dövlət və özəl televiziya kanallarında nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]