HƏMRƏYLİK GÜNÜ İSLAMABADDA QEYD OLUNMUŞDUR
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə mərasim keçirilmişdir. Mərasimdə səfirliyin əməkdaşları, Pakistanda yaşayan soydaşlarımız, burada təhsil alan tələbələr, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak etmişlər.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunmuş, bu əlamətdar günün qeyd edilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri vurğulanmışdır. Ulu öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən onun təşəbbüsü ilə qəbul edilən tarixi qərarın xalqımızın mənəvi bütövlüyünün təmin edilməsi yolunda mühüm hadisə olduğu diqqətə çatdırılmışdır.
Sonra mərasimdə müstəqil Azərbaycan dövlətinin ictimai, siyasi, iqtisadi və mədəni həyatından bəhs edən filmlər nümayiş etdirilmiş, milli musiqimiz səslənmişdir.
Səfirlik Azərbaycan Prezidentinin müraciətini press-reliz vasitəsilə İslamabadda akkreditə olunan diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərmişdir. Müraciət Pakistanın bir sıra kütləvi informasiya vasitələrində yayılmışdır.
Mərasim bayram süfrəsi ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]