Həmyerlilərimizə “Məhəbbət və sədaqətə görə” medalları təqdim edilmişdir
Bakı, 6 iyul (AZƏRTAC). İyulun 8-də Rusiyada Ailə, Məhəbbət və Sədaqət günü qeyd edilir. Bu bayram müqəddəs pravoslav ər-ərvad Pyotr və Fevroniya Muromskilərin şərəfinə təsis edilmişdir. Qədim vaxtlardan onlar Rusiyada ailə və nikahın qoruyucuları hesab edilir.
Bayram ərəfəsində Murmansk vilayət Mədəniyyət sarayında təntənəli qəbul olmuşdur. Qəbulda məhəbbət və sədaqət üzərində qurulan ailə dayaqlarının möhkəmliyinə görə hörmət qazanmış ər-arvad cütlüklər təbrik edilmişdir.
Onlara ictimai mükafatlar - “Məhəbbət və sədaqətə görə” medalları təqdim edilmişdir.
Bu il Murmansk vilayətinin bələdiyyə qurumları administrasiyalarının vəsatəti ilə azı 25 il əvvəl nikah bağlamış 32 ailə mükafata təqdim olunmuşdur. Onların arasında Rusiyanın Murmansk vilayətinin Peçenqa rayonundan olan həmyerlilərimiz Hüseyn və Nina Əsədovlar da vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]