Həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər
Bakı, 29 yanvar, AZƏRTAC
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
AZƏRTAC xəbər verir ki, həndbolçuların Çempionlar Liqası turnirində referilər Ernest və Emil Ağakişi qardaşları Rusiyanın SSKA və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar. Onlar Moskvanın “Dinamo” arenasında təşkil olunacaq “B” qrupunun oyunlarında ədaləti qoruyacaqlar.
İlk qarşılaşma yanvarın 31-nə, cavab matçı isə fevralın ilk gününə təyin olunub.
Bu görüşlər ötən ilin noyabrında keçirilməli idi. Amma “Podravka Vegeta”nın həndbolçularından birində koronavirus aşkarlandığına görə oyunlar təxirə salınmışdı. Rusiya paytaxtında keçiriləcək görüşlərdə ev sahibi favorit sayılır. On oyundan 17 xal toplayan SSKA 11 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə ilk təyinatı deyil. Onlar bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]