Həndbol üzrə Azərbaycan çempionatının ikinci turuna start verilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Qadınlar arasında həndbol üzrə Azərbaycan çempionatının ikinci turu başlayıb.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, turun ilk günündə Gürcüstanın “Olimpiya” komandası ilə qarşılaşan “Azərsu” həndbolçuları 34:21 hesabı ilə asan qələbə qazanıblar.
Oktyabrın 13-də keçiriləcək turun digər oyunlarında “Gənclər Birliyi” komandası “Azərsu” ilə, “Azəryol” isə “Qarabağ” kollektivi ilə üz-üzə gələcək.