Hər bir vətən övladı torpaq uğrunda şəhid olanların qisasını almağa hazırdır
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə şəhidlərimizin məzarlarını ziyarət etməyə gələn məktəblilər sırasında 275 nömrəli məktəbin şagirdi İsmayıl Şahbazov da vardır.
AZƏRTAC-a müsahibəsində İsmayıl Şahbazov demişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Şəhidlərimizin keçdiyi o şərəfli yol bizim üçün örnəyə çevrilmişdir. Biz yeniyetmələrin ziyarətgahına, and yerinə çevrilən bu müqəddəs xiyaban qəhrəmanlığın, igidliyin rəmzidir. Bu gün hər bir vətən övladı torpaq uğrunda şəhid olanların qisasını almağa hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]