Hər il 250 min insan iqlim dəyişikliyinin qurbanı olacaq
Bakı, 9 iyul, AZƏRTAC
2030-cu ilədək iqlim dəyişikliyi hər il 250 min nəfərin ölümünə səbəb olacaq. Əsas ölüm səbəbləri malyariya, ishal, günvurma və aclıq olacaq.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu fikirlər iqlim dəyişikliyinin insan səhhətinə təsiri ilə bağlı Dünya Səhiyyə Təşkilatının Parisdə keçirilən konfransında səslənib.
İstiləşmə və rütubətin artması xəstəlik yayan həşəratların çoxalıb yayılmasına gətirib çıxaracaq. Həddindən artıq istilərdən və quraqlıqdan çoxlu sayda insan ziyan çəkəcək. Havanın çirklənməsi nəticəsində bitkilərin çiçəklənmə dövrü uzanacaq ki, bu da astma və allergiyadan əziyyət çəkən insanların sayını artıracaq. İstiləşmə və daşqınlar su mənbələrini çirkləndirəcək. Nəticədə çirkli sudan istifadə edənlər müxtəlif xəstəliklər tapacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]