Hər il uşaqlarımla birlikdə Şəhidlər xiyabanını ziyarətə gəlirəm
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarətə uşaqları ilə birlikdə gələnlərdən biri də Rövşən Pirəliyevdir.
AZƏRTAC-a müsahibəsində Rövşən Pirəliyev demişdir ki, hər il yanvarın 20-də Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edirəm. Allah heç kimə qismət etməsin. Biz 20 Yanvar hadisələrini gördük, qoy bizim uşaqlar o günləri görməsin. Biz şəhidlərimizin qəhrəmanlıqları qarşısında baş əyirik.
Hər il uşaqlarımla birlikdə şəhidlərimizin xatirəsini anmaq üçün ziyarətə gəlirəm ki, qoy övladlarım azadlıq, müstəqillik naminə Vətənimiz, millətimiz, xalqımız üçün canını qurban vermiş necə qəhrəman oğul və qızlarımızın olduğunu görsünlər. Biz həmin gün şəhid olanların xatirəsini daim ehtiramla yad edəcəyik və heç vaxt onları unutmayacağıq.
Allah şəhidlərimizə rəhmət etsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]