HƏRBÇİLƏRİMİZ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində mayın 10-dan 26-dək Almaniyanın Baumholder şəhərində “Combined Endeavour –2006” təlimi, mayın 11-də Belçikanın paytaxtı Brüsseldə NATO-nun Ali Mülki Planlaşdırma Komitəsinin geniş iclası keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə ölkəmizin Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]