Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Naxçıvan, 22 iyun, AZƏRTAC

İyunun 22-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2017-ci il buraxılışı münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlayıb, Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 17-ci buraxılışı - məzun günü münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri təbrik edərək deyib: Builki məzunlar da nəzərə alınmaqla ötən dövr ərzində Heydər Əliyev adına Hərbi Liseyi 2353 kursant bitirmişdir. Hazırda onlardan 1300-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu, Ulu Öndərimizin adını daşıyan hərbi təhsil müəssisəsinin müstəqil dövlətimizdə ordu quruculuğuna mühüm töhfəsidir. Ötən dövrdə hərbi lisey böyük inkişaf yolu keçmişdir. 19 il əvvəl 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 625 kursant təhsil alır. Kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülmüşdür.

Ali Məclisin Sədri deyib: Bu gün bizim ən böyük milli dəyərimiz dövlət müstəqilliyimiz və vətən məhəbbətidir. Azərbaycan ordusunun zabiti olmağın şərəf və məsuliyyəti də məhz bundan ibarətdir. Zabit təkcə peşə vərdişi və nəzəri hazırlığı ilə yox, eyni zamanda, mənəvi keyfiyyətləri ilə də seçilməli, nümunə göstərməyi bacarmalıdır. Sizin bir çoxunuz gələcəkdə hərbi hissələrin komandiri olacaq, hərbi təlimlərə başçılıq edəcək, şəxsi heyətlərin vətənpərvərlik tərbiyəsi ilə məşğul olacaqsınız. Bu işə indidən hazır olun! Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənin. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.

Ali Məclisin Sədri bundan sonrakı təhsildə və hərbi xidmət dövründə liseyin bütün kursantlarına və məzunlarına uğurlar arzulayıb.

Hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək deyib ki, ötən dövrdə hərbi liseydə yaradılmış maddi-tədris bazasından səmərəli istifadə olunub, məzun olan 214 kursanta hərtərəfli bilik verilib, onlar dövlətçiliyimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunublar. Liseydə tədrisin və təlim - tərbiyənin keyfiyyətini yüksəltmək, kursantların fiziki və mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün daim yeni metodlar tətbiq olunur. Kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış-müsabiqələrində müntəzəm iştirak edərək layiqli yerlər tutublar. 2017-ci ildə 670 gənc hərbi liseyə qəbul olunmaq üçün müraciət edib. Bu gün liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alır. Heydər Əliyev adına Hərbi Lisey bundan sonra da peşəkar və vətənpərvər hərbi kadrların yetişdirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir.

Tədbirdə çıxış edən valideyn Ariz Ağayev deyib: Mən xoşbəxtəm ki, övladım hərbi peşəni seçib. Həm də ona görə xoşbəxtəm ki, övladım Heydər Əliyev adına Hərbi Liseyin məzunudur. Burada yaradılan şərait, övladlarımıza göstərilən qayğı bütün valideynlər tərəfindən razılıq və minnətdarlıqla qarşılanır. Bir də ona görə xoşbəxtəm ki, övladım dövlət müstəqilliyimizin qarantı olan və hər gün qüdrətini daha da artıran Azərbaycan ordusunda zabit kimi xidmət edəcəkdir. Övladlarımız bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalacaq, onlara göstərilən etimadı layiqincə doğruldacaqlar.

Kursant Eldəniz Nağıyev deyib: Ordumuza bilikli və peşəkar zabitlər gərəkdir. Bu məqsədə nail olmaq üçün əzmlə çalışacaq və ərazi bütövlüyümüzün müdafiəsi naminə bütün qüvvələrimizi səfərbər edəcəyik. Biz Azərbaycanın gələcək sərkərdələriyik. Tədrisin düzgün təşkili imkan verdi ki, kursantlar yaxşı təhsil almaqla yanaşı, həm də əsl zabit kimi vətənpərvər, qorxmaz, cəsur və qəhrəman yetişsinlər. Ulu Öndərimizin ümidlərini, arzularını doğruldacaq, Ali Baş Komandanımız cənab İlham Əliyevin hər bir əmrinə hazır olacağıq:

Düşmənlərdən intiqamı özüm almaq istəyirəm,

Məsləkimi bilsin hamı, zabit olmaq istəyirəm.

Torpağını öz canından, varlığından əziz tutan,

Hər atəşi hədəfinə düz tuşlayıb sərbəst atan

Zabit olmaq istəyirəm.

Mərd əllərdə iti kəsən, ovxalanmış qılınc səsi

Haqq yolunda mətinləşən, fədakarlıq nümunəsi,

Zabit olmaq istəyirəm.

Eldəniz Nağıyev liseydə hərtərəfli təhsil üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə bütün kursantlar adından minnətdarlığını bildirib.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Elşad Cəfərov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Sonra Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb, valideynlərlə görüşüb.

Valideyn Naibə Nəbiyeva Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Hərbi liseydə kursantların hərtərəfli təhsil alması, dövlətimizə, xalqımıza layiqli övlad kimi yetişməsi üçün bütün şərait yaradılıb. Lisey inkişaf edərək mətinlik məktəbinə çevrilib. Hər bir valideyn qürur duyur ki, övladı Heydər Əliyev adına Hərbi Liseydə təhsil alır, hərb sənətini öyrənir. Fəxr edirik ki, övladlarımız qüdrətli və yenilməz ordumuzun zabiti olacaq, müstəqil Azərbaycanın müdafiəsində ayıq-sayıq dayanacaqlar. Daim onların qələbə sədasını eşitmək bir ana, valideyn olaraq bizim ən böyük arzumuzdur.

Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Müəllimlərin fəaliyyətinin nəticəsi olaraq bu il liseyin 214 kursantı Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. Bu, gələcəkdə ordumuzda xidmət edəcək 214 zabit deməkdir. Ordunun möhkəmliyi, ordunun inkişafı zabit hazırlığından başlayır. Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri gələcəyin zabitini yetişdirməklə yanaşı, həm də ölkəmizin sərhədlərinin etibarlı müdafiəsinə zəmin yaradırlar. Ona görə də hər bir kursant hərtərəfli hazırlanmalı, ölkəsinin tarixini bilməli, milli dəyərlərinə hörmət etməlidir. Heydər Əliyev adına Hərbi Liseydə kursantların təhsili, təlim-tərbiyəsi və vətənpərvər yetişməsinə ciddi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, liseyin məzunları ali hərbi məktəblərdə təhsillərini uğurla başa vururlar.

Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseydə tədrisin və təlim-tərbiyənin hərtərəfli təşkilinə görə kollektivə təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və ağıllı istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO