HEYDƏR ƏLİYEV ADINA HƏRBİ LİSEYLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev dekabrın 19-da Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseylə tanış olmuşdur.
Ali baş komandanı müdafiə naziri general-polkovnik Səfər Əbiyev və liseyin rəisi general-mayor Rasim Əliyev qarşıladılar.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin liseyin həyətində ucaldılmış büstünün önünə gül qoydu.
Sonra Ali baş komandan kursantları salamladı. Azərbaycanın Dövlət himni səsləndirildi.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev liseyin kursantları qarşısında nitq söylədi.