Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV ADINA NAXÇIVAN HƏRBİLİSEYİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININPREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİNNİTQİ

HEYDƏR ƏLİYEV ADINA NAXÇIVAN HƏRBİLİSEYİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININPREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİNNİTQİ

- Əziz kursantlar!

Mən sizi salamlayıram, sizə cansağlığı, uğurlar arzulayıram.

Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə - 1970-ci illərdə Azərbaycanda rəhbərlik etdiyi dövrdə və ondan sonra, 1990-cı illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi vətəninə ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun həyat və fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur. 1970-ci illərdə Azərbaycanda çox güclü, iqtisadi və sənaye potensialı yaradılmışdır. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda fabriklər, zavodlar, kənd təsərrüfatının inkişafına təkan verən infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl yerlərdə idi. Ancaq 1980-ci illərin sonundan başlayaraq və 1990-cı illərin əvvəllərinə qədər Azərbaycana rəhbərlik etmiş səriştəsiz, bacarıqsız, xəyanətkar rəhbərlər Azərbaycanı çox bərbad vəziyyətə salmışdılar. Azərbaycan keçmiş sovet respublikaları arasında birinci yerdən axırıncı yerə düşmüşdü. Bu, bir daha onu göstərir ki, tarixdə bu şəxsiyyətin rolu çox önəmlidir. Xüsusilə keçid dövründə yaşayan ölkələrdə. Liderin, birinci şəxsin, Prezidentin fəaliyyəti və rolu o ölkənin inkişafını müəyyən edir. Ya ölkə inkişaf edir, möhkəmlənir, güclənir, ya da ki, tənəzzülə uğrayır.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana hakimiyyətə qayıdandan sonra ölkədə bütün istiqamətlərdə güclü inkişafa təkan verildi. Azərbaycanda iqtisadi islahatlar aparılmağa başladı, ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirdi. Azərbaycan çox böyük həcmdə xarici investisiyalar cəlb etmişdi və ölkənin hərtərəfli inkişafı başlanmışdı. 1990-cı illərin ortalarında, demək olar ki, xaos və böhranın bütün qalıqları aradan götürülmüşdü və iqtisadi inkişaf başlanmışdı. Əgər bu dinamikaya nəzər salsaq görərik ki, 1995-96-cı illərdən başlayaraq bu günə qədər Azərbaycanın iqtisadiyyatı çox yüksək sürətlə inkişaf edir.

Biz bunu bütün istiqamətlərdə hiss edirik, o cümlədən təhsil sahəsində. Bildiyiniz kimi, 1970-ci illərdə ulu öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yarandı. Bu, keçmiş sovet respublikalarında analoqu olmayan bir məktəb idi. İndi Azərbaycan ordusunda xidmət edən zabitlərin, generalların bir çoxu məhz o məktəbin məzunlarıdır. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Amma Heydər Əliyev sanki bu müstəqilliyi görürdü, gələcəyi görürdü ki, bir gün Azərbaycan müstəqil olacaq və müstəqil Azərbaycana ordu lazım olacaq və o orduda xidmət edən peşəkar kadrlar lazım olacaqdır. Cəmşid Naxçıvanski adına məktəbin Azərbaycanın müstəqil ordusunun formalaşmasında çox böyük xidməti olmuşdur və bu, indi də davam edir.

1998-ci ildə isə Naxçıvanda, yenə də Heydər Əliyevin təşəbbüsü ilə, Cəmşid Naxçıvanski adına hərbi məktəbin filialı açıldı.

Keçən il isə mənim Sərəncamımla artıq bu filial Heydər Əliyev adına hərbi liseyə çevrildi. Bu gün burada çox gözəl şərait yaradılıbdır. Yaxşı oxumaq, hərbi işi mənimsəmək üçün gözəl imkanlar var, ən müasir səviyyədə korpuslar tikilib istifadəyə verilib, avandanlıqla təchiz olunubdur. Bir sözlə, əminəm ki, burada kursantlar yaxşı oxumaq, yaxşı bilik almaq üçün, hərbi işi öyrənmək üçün yaxşı imkanlara malikdirlər.

Bütövlükdə təhsil sahəsinə çox böyük diqqət göstərilir və göstərilməlidir. Hər bir ölkənin, hər bir millətin inkişafında bilik, savad ən böyük rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsini təhlil edərkən bunu görürük. Hansı ölkələr daha sürətlə inkişaf edir, hansı ölkələrdə elmi-texniki tərəqqi özünü daha qabarıq büruzə verir? O ölkələrdə ki, təhsilə böyük investisiyalar qoyulub, büdcə xərcləri nəzərdə tutulub və insanlar biliklidi, savadlıdırlar.

Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilibdir. Bu bizim siyasətimizi göstərir, bizim prioritetlərimizi göstərir. Düzdür, biz bu sahədə bütün ehtiyaclarımızı ödəyə bilmirik. Bu da təbiidir. Çünki təhsil sisteminə çox böyük həcmdə investisiyalar qoyulmalıdır. Azərbaycanda 4500-dən çox ümumtəhsil məktəbi var. Onların böyük əksəriyyəti artıq çox yararsız vəziyyətdədir. Təmirə ehtiyac var, yeni məktəblərin tikilməsinə ehtiyac var və bu proqram həyata keçirilir. Təkcə bu il Azərbaycanda 130 yeni məktəb tikilib və təmir olunubdur. Gələn il də bu, nəzərdə tutulur. Azərbaycanda bütövlükdə təhsil infrastrukturu yeniləşməlidir.

Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinfi yaradılacaq və internetə çıxış təmin olunacaqdır. Çünki bizim gənclərimiz, şagirdlərimiz, kursantlarımız dünyada baş verən bütün hadisələri bilməlidirlər, yeni müasir informasiya texnologiyalarına yiyələnməlidirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə etməlidirlər. Bunu etmək üçün əlbəttə ki, kompüterləşmə proqramı öz rolunu oynayacaqdır.

Eyni zamanda, Azərbaycanda ordu quruculuğuna da böyük diqqət göstərilir. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda, demək olar ki, nizami ordu yox idi. Ayrı-ayrı silahlı birləşmələr, müxtəlif siyasi qurumlara tabe olan dəstələr mövcud idi. Ordu quruculuğu prosesi məhz 1993-cü ildən sonra başlandı. Bu gün Azərbaycanda çox güclü, nizami ordu var. Ordunun hazırlığı çox yüksək səviyyədədir və maddi-texniki bazası da möhkəmlənibdir. Bu siyasət açıq şəkildə aparılır, bəyan edilir. Bu siyasətin real nəticələri Azərbaycanda hərbi xərclərin artmasıdır. Əgər 2004-cü ildə hərbi xərclər 175 milyon dollar səviyyəsində idisə, 2006-cı ildə 600 milyon dollar səviyyəsində olacaqdır. Orduya ayrılan xərclər iki ildə dörd dəfə artırılır.

Bu, bizim siyasətimizi əks etdirən rəqəmlərdir. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, biz ordumuzu gücləndirməliyik. Ordumuzu gücləndirmək üçün, əlbəttə, iqtisadi imkanlar olmalıdır. Ona görə bizim iqtisadi proqramlarımız, regionların sosial-iqtisadi inkişaf proqramlarımız icra edilir. Azərbaycanda güclü iqtisadiyyatın yaranması bizim müstəqil ölkə kimi yaşamağımız deməkdir. Müstəqil ölkə kimi yaşamaq üçün gərək müstəqil siyasət aparasan. Bu gün Azərbaycan, sözün əsil mənasında, müstəqil siyasət aparır və bizim siyasətimiz yalnız və yalnız Azərbaycan xalqının milli maraqları üzərində qurulubdur. İqtisadi imkanlar artdıqca orduya ayrılan xərclər daha da artacaqdır. 600 milyon dollar çox xərc deyil, biz müdafiə xərclərimizi bundan sonra da artıracağıq. Elə etməliyik ki, bu sahədə heç bir vəsait problemi, yaxud da ki, çatışmazlıq olmasın. Yenə də deyirəm, Azərbaycan müharibə şəraitində yaşayır. Bizim torpaqlarımız işğal altındadır və əminəm ki, hərbi potensialın güclənməsi danışıqlar prosesində də öz rolunu oynayacaqdır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Bizim danışıqlarda iştirakımız bunu bir daha göstərir. Biz istəyirik ki, beynəlxalq hüquq normaları tətbiq olunsun, işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxsın və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarına qayıda bilsin. Ancaq eyni zamanda, biz güclü ordu yaratmalıyıq, güclü hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma torpaqlarımızı azad edə bilək.

Danışıqlar 10 ildən artıqdır ki, davam edir, nəticə də yoxdur. Düzdür, ümidlər var, hələ ki, tükənməyib və məhz buna görə də Azərbaycan bu günə qədər danışıqlarda iştirak edir. Biz danışıqlar prosesini axıra qədər sınamalıyıq. Yəni danışıqlar resursundan sona qədər istifadə etməliyik. Ancaq əgər görsək ki, bunun heç bir əhəmiyyəti yoxdur, biz başqa variantları da nəzərdən keçirməliyik.

Azərbaycan öz mövqelərini möhkəmləndirir. Bizim ölkəmiz bölgədə lider dövlətə çevrilibdir. İqtisadi potensialımız artır, siyasi çəkimiz artır, beynəlxalq aləmdə nüfuzumuz artır. Ordumuz da güclənir, daha da güclü olmalıdır, daha da hazırlıqlı olmalıdır və istənilən anda torpaqların azad olunmasında iştirak etməlidir. Bizim siyasətimiz bundan ibarətdir və mən çox sevinirəm ki, Azərbaycanda həm ordumuzun maddi-texniki bazası möhkəmlənir və həm də peşəkar ordu kadrları yetişir.

Bax, bu liseydə dərs alan, təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar, lazım gələrsə, Azərbaycanın ərazi bütövlüyünü hərb yolu ilə bərpa olunmasında iştirak edəcəklər. Bu proseslər paralel şəkildə getməlidir: peşəkar ordu və güclü maddi-texniki baza. Bu gün Azərbaycanda biz bunu görürük. Bizim iqtisadi potensialımız artdıqca bunu daha da böyük həcmdə, böyük səviyyədə edəcəyik.

Əziz kursantlar, bir daha sizi ürəkdən salamlayıram, arzu edirəm ki, yaxşı oxuyasınız, yaxşı, gözəl biliyə malik olasınız və doğma ölkəmizin inkişafında fəal iştirak edəsiniz. Sağ olun.

X X X

Sonra liseyin hərbi marşı ifa olundu. Kursantlar təntənəli marşla Ali baş komandanın qarşısında keçdilər.

Prezident İlham Əliyev liseyin tədris mərkəzi, qərargahı ilə tanış oldu. 450-dək kursant və zabit üçün nəzərdə tutulan yataqxananın ayrı-ayrı otaqlarına baxdı və buradakı şəraiti yüksək qiymətləndirdi.

Ali baş komandana məlumat verildi ki, kursantlar liseyi bitirəndən sonra Bakıdakı ali təhsil ocaqlarına göndərilirlər. Liseydə texniki fənlər üzrə müxtəlif sinif otaqları, idman, konfrans salonları, kitabxana, kompüter otağı fəaliyyət göstərir. Dövlətimizin başçısı liseydə yaradılmış Heydər Əliyev guşəsinə də baxdı və fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

“Əziz kursantlar, Heydər Əliyev adına liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz, ulu öndərin davamçıları Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq.

Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

19.12.2005, Naxçıvan”.

Sonra Ali baş komandan liseyin yeməkxanası ilə tanış oldu, kursantlara verilən yeməklərin keyfiyyəti ilə maraqlandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib