“Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı film nümayiş olunub
Bakı, 15 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar film nümayişi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi, elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Heydər Əliyev istedadlı gənclərin aşkara çıxarılmasına kömək göstərməklə yanaşı, sənət adamları ilə də vaxtaşırı görüşərdi.
Daha sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyası tərəfindən hazırlanmış “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı film nümayiş olunub.