“HEYDƏR ƏLİYEV FENOMENİ GƏNCLƏR ÜÇÜN MİLLİ TƏRBİYƏ MƏKTƏBİDİR”
Qurumun rəhbəri, “Ümid çırağı” jurnalının baş redaktoru hacı Xədicə Babayeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 83-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin fenomenal irsi gənc nəslin milli inkişaf örnəyinin simvolu kimi” layihəsi çərçivəsində görülmüş işlər barədə məlumat vermişdir. O, bu günlərdə “Gənc Heydərçi” döş nişanı və mükafatının təsis edildiyini, bunların təhsildə və ictimai işlərdə fərqlənən ümumtəhsil və peşə məktəblərinin 10 şagirdinə təqdim olunduğunu, Azərbaycan, rus və ingilis dillərində www.güc.az adlı internet saytının hazırlandığını bildirmişdir. Saytda təşkilatın gördüyü işlər, həyata keçirdiyi tədbirlər haqqında, eləcə də Azərbaycanın Milli Qəhrəmanları, onların döyüş yolu, Xocalı soyqırımı və işğal olunmuş rayonlar barədə məlumatlar toplanmışdır.
Saytın təqdimatından sonra Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Musayevin “Heydər Əliyev irsi dövlətçiliyimizin təminat bazasıdır”, BDU-nun dosenti Leyla Gərayzadənin “Heydər Əliyev ideya irsinin ali məktəblərdə gənclər üçün təbliği və tədrisi”, pedaqoji elmlər doktoru, professor Mircəfər Həsənovun “Heydər Əliyev və gənclərimizin dini, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsi” mövzularında məruzələri dinlənilmişdir.