“HEYDƏR ƏLİYEV GƏNCLƏR MƏKTƏBİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyi yanında fəaliyyət göstərən “Heydər Əliyev gənclər məktəbi”nin növbəti məşğələsi keçirilmişdir.
Muxtar respublika Ədliyyə Nazirliyinin əməkdaşı Həbib Hacızadə “Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır” mövzusunda məruzə etmişdir.
Məruzəçi məşğələ iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.
Axırda dinləyicilərə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Skaut hərəkatı ümumdünya təşkilatı tərəfindən hazırlanmış soraq kitabçısı verilmişdir.