Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev ideyaları ilə tərbiyələnmiş gənclik

Heydər Əliyev ideyaları ilə tərbiyələnmiş gənclik

Bakı, 6 sentyabr, AZƏRTAC

Gənclik dünənlə bu gün arasında vəsilə yaradan nəsil olaraq tarixi proseslərin davamlılığını təmin edir. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında önəmli rol oynayan, Vətənimizin müdafiəsində və ərazi bütövlüyümüzün bərpasında misilsiz hünər göstərən Azərbaycan gəncliyi bu günümüzün qürur mənbəyi, sabahımızın etibarlı sahibidir.

Hər bir xalqın bugünkü gəncliyi hansı amalla yaşayırsa onun gələcəyi də o yöndə qurulur. Bu baxımdan müasir Azərbaycan gəncliyi müstəqillik epoxasının yetirməsi olaraq Ümummilli Lider Heydər Əliyevin suverenlik, demokratiya və milli idealın gerçəkləşməsi siyasətinin hədəfləri ilə tərbiyələnib, həyata hazırlanıb. Bu gün Azərbaycan gəncliyinin inkişafında, özünü təsdiqində, şübhəsiz ki, Ulu Öndərin milli dövlətçilik ideologiyası səviyyəsinə qaldırdığı azərbaycançılıq prinsipləri məfkurəvi əsasdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, istər sovet, istərsə də müstəqilliyin ilk onilliyində - 33 il Azərbaycanın tarixi taleyini müəyyən etmiş Ümummilli Liderin ölkəyə mükəmməl rəhbərliyi dönəmində gəncliyimizin fiziki cəhətdən sağlam, zehni baxımdan kamil, praktik yöndən bacarıqlı və təşəbbüskar nəsil kimi formalaşması üçün sistemli, kompleks tədbirlər həyata keçirilib. Bütövlükdə milli-mədəni intibah epoxası olmuş həmin illərin dövlət gənclər siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Təhsili xalqın tarixi tərəqqisinin təkanverici qüvvəsi hesab edən Ulu Öndər yeni nəslin intellektual inkişafı və yüksək mütəxəssislər kimi hazırlanması üçün orta, peşə və ali məktəblərin fəaliyyətini ən yüksək səviyyəyə qaldırmaq üçün əsl fədakarlıq nümunəsi sərgiləyib.

Azərbaycan rəhbəri gənclərimizin keçmiş SSRİ-nin ən yaxşı ali məktəblərində kamillik məktəbi keçməsinin geniş şəbəkəsini təşkil edib. Bununla yanaşı, Heydər Əliyev milli hərb sənətini tənəzzüldən xilas etmək üçün məktəblilərin hərbi liseydə oxumasını, gənclərin zabit kimi hazırlanmasını da son dərəcə zəruri hesab edib.

Ulu Öndər bu məqsədlə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına, orta məktəb məzunlarının ali hərbi məktəblərdə təhsil almasına birbaşa özü rəhbərlik edib. Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə təhsilə daha böyük önəm verən unudulmaz Heydər Əliyev mütərəqqi ənənəsinə sadiq qalaraq məktəblərin milli ruhda qurulmasını gerçəkləşdirdi, eləcə də gənclərin dünyanın nüfuzlu ali məktəblərində oxumasına dövlət himayəsi göstərdi.

Böyük strateq yaxşı bilirdi ki, milli dövlətin inkişafında, suveren ölkənin tərəqqisində gənclərin yüksək səviyyədə iştirakını təmin etmək təxirəsalınmaz vəzifədir. Buna görə də Ümummilli Lider Heydər Əliyev dövlət gənclər siyasətini yenidən quraraq mükəmməl mexanizm halına gətirdi.

Ulu Öndərin gənclərlə mütəmadi görüşləri, onlarla bağlı vaxtında və düzgün verilmiş qərarlar, bacarıqlı, ictimai düşüncəli cavanların dövlət qulluğunda irəli çəkilməsi, əsas qüvvəsi gənclik olan idman, Olimpiya hərəkatının ölkəmizdə geniş vüsət alması sağlam, yurdsevər və güclü nəsil formalaşmasında önəmli tədbirlər oldu.

Azərbaycanın yenidən rəhbərliyi dönəmində gəncləri ölkəmizin, xalqımızın gələcəyi, ümidi adlandıran Ulu Öndər onlara qayğı göstərməyi dövlətin, eyni zamanda, hər bir vətəndaşın borcu hesab edirdi.

Böyük Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, XXI əsrdə Azərbaycanın inkişafının etibarlı təminatı gənclərin hansı arzularla yaşamasından və hansı bacarığın sahibi olmasından asılıdır. Bunun üçün onlar oxumalı, yüksək təhsil almalı, sağlam həyat tərzi keçirməlidirlər. Heydər Əliyev əminliklə qeyd edirdi ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən daha yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, istedadlı gənclərimiz var. Gənclərin I Forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşdə Ulu Öndər milli ideologiyanın gənclərin inkişafında müstəsna roluna toxunaraq qeyd etdi ki, yeni nəsli müstəqilliyimizin əbədiliyi ideyasına sədaqət ruhunda tərbiyə etmək lazımdır.

Dahi Heydər Əliyev sağlam düşüncəli, vətənpərvər gənclərimizin fəaliyyətinə yüksək qiymət verərək bildirirdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Ümummilli Liderin etimad göstərdiyi Azərbaycan gəncliyinin lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç vaxt bugünkü kimi qüdrətli olmayıb. Heydər Əliyevin yaratdığı həmin gənclik öz lideri Prezident İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək xalqımızın bir qərinəlik nisgilinə son qoydu, Qarabağı erməni vandallarından xilas etdi. Gəncliyin süngüsü ilə torpaqlarımız işğaldan azad olundu, Vətən bütövləşdi.

Şərəfli 44 günlük müharibədən sonra bütün dünya şahid oldu ki, Vətəni Azərbaycan gənci kimi sevmək və uğrunda ölmək çağdaş bəşəri örnəkdir. Dünyanın hərb tarixində misilsiz bir səhifə olan Şuşa döyüşlərində qəhrəman əsgərlərimizin cəsarətli, şərəfli savaş yolu həm də Azərbaycan gəncinin qüdrətinin dünyaya nümayişi oldu.

Deputat sonda qeyd edib ki, bu gün qalib Azərbaycan gəncliyinin səsi-sorağı dünyanın hər yerindən - şöhrətli ali təhsil ocaqlarından və elm mərkəzlərindən, nüfuzlu konfrans salonlarından, beynəlxalq idman arenalarından, aktual bəşəri debatlardan gəlir. Bu səs həm də xalqımızın əbədi öndəri Heydər Əliyevin ideya və əməllərinin, arzu-istəklərinin əks-sədasıdır. Xalqımızın milli sərvəti olan gənclərimiz Heydər Əliyevin yaratdığı möhtəşəm əsaslar üzərində həm ölkəmizdə, həm də dünyada özünü təsdiq etməyi bacarırlar. Qazanan isə bütövlükdə Heydər Əliyevin ən böyük əmanəti olan Azərbaycandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb