Heydər Əliyev Sarayında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Heydər Əliyev Sarayında Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev 19 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri dəhşətli qırğın barədə ətraflı məlumat vermiş, bu hadisəni XX əsrin ən böyük faciəsi kimi qiymətləndirmişdir.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, soyqırımı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür.
Fərhad Babayev Xocalı həqiqətlərini əks etdirən çoxsaylı bukletlərin, videomaterialların dünya ölkələrində yayılmasında Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamışdır.
Qeyd edilmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Xalqımız zaman-zaman tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
F.Babayev vurğulamışdır ki, cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan torpaqlarında törətdikləri hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Tədbirdə Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]