“HEYDƏR ƏLİYEVİN DİPLOMATİK LİDERLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri Səlahəddin Dikmən çıxış edərək, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin şərəfli ömür yolundan, diplomatik liderlik məharətindən, zəngin siyasi irsinin öyrənilməsinin əhəmiyyətindən danışmışdır.
Türkiyə ilə Azərbaycanın tarixi dostluq və qardaşlıq əlaqələrindən bəhs edən natiq dahi şəxsiyyət Heydər Əliyevin bu əlaqələrin inkişafında müstəsna xidmətlərini, onun ideyalarının əbədi yaşayacağını və zaman-zaman nəsillərə örnək olacağını vurğulamışdır.