Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır

Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır

Bakı, 17 iyun, AZƏRTAC

İnsanların hər biri ömrünü bir zaman kəsiyində yaşayır, zamanın diktəsi ilə hərəkət edirlər. Lakin tarixdə elə şəxsiyyətlər var ki, onlar vaxtdan ucada dururlar, zamana sığmırlar, zamanın gərdişini dəyişirlər. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev məhz belə şəxsiyyətdir. Heydər Əliyev siyasətdə zəmanənin ruhunu tutmaq və şəraitə uyğun hərəkət etmək qabiliyyətinə malik idi. Dahi şəxsiyyətdə hadisələrin gedişini izləmək, qabaqcadan görmək və qərarları lazımi məqamda vermək istedadı vardı. Siyasəti empirik elm kimi əsaslandıran, öz təlimi ilə öz dövrünü xeyli qabaqlamış İtaliya filosofu Makiavellinin fikrincə, siyasətin ali məqsədi, əsas problemi zamanın xarakterinə və qərar qəbul olunan məqamda spesifik şəraitə uyğun gələn hərəkət obrazını tapmaqdan ibarətdir. Siyasət ümumi sərəncamların sadəcə mənimsənilməsi ilə başa çatmır. Burada mücərrəd danışmaq olmaz, çünki şəraitdən asılı olaraq hər şey dəyişir.

Heydər Əliyevin siyasət fəlsəfəsində siyasi əxlaqın ali tələbləri dövlət, xalq maraqlarına tabedir. Makiavelli hələ öz dövründə dövlət mənafeyini, vətənin xilası kimi anlayaraq yazırdı ki, söhbət Vətənin xilasından gedəndə hər şeyi unudub onun mövcudluğunu və azadlığını qorumaq lazımdır. Heydər Əliyevin dahiyanə zəkası, kompleks siyasət yeritməsi, müdrik siyasət fəlsəfəsi düşüncələrə hakim kəsilib. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır.

Bu fikirlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır” sərlövhəli məqaləsində deyib. AZƏRTAC məqaləni təqdim edir.

Bu kontekstdən yanaşdıqda görürük ki, dahi rəhbərin siyasəti dünyada gedən qloballaşma, demokratiya, insanların düşüncələrində baş verənləri nəzərə alaraq, azərbaycanlıların etnik qurumdan siyasi millətə keçməsi xarakteristikasını ön plana çəkirdi. Müasir politoloqlar siyasi milləti milli inkişafın yüksək zirvəsi hesab edirlər. Məlumdur ki, millətin mövcudluğu onun milli şüur səviyyəsi ilə əlaqədardır. Milli şüurun iki səviyyəsini göstərirlər. Milli şüurun ilkin səviyyəsi etnik şüur mərhələsidir ki, buraya milli dil və mədəniyyət, maddi-məişət ünsürləri, milli psixoloji hisslər, milli-mənlik şüuru, milli xarakter, milli mentalitet və sair daxildir. Bu məqamda xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev siyasi düşüncəsinin formalaşmasında erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışları özünü büruzə verir. VI əsrdə Göytürk xaqanı olmuş Qara İssık xanın oğlu Şetunun Çin xaqanının məktubuna cavabına diqqət yetirək: “Sizə hər il vergi göndərəcəyəm, bütün vaxtımı sizə sərf edəcəyəm, sözünüzü dinləyəcəyəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə bizim ənənələrimiz, qədimdən qalma adətlərimiz çox uzaq keçmişlərdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişdirməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir!”

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: “Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olub. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr verib. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşıyıb. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranıb. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".

Azərbaycançılıq ideologiyası tarixi varislik və yeni siyasi şərait kontekstində

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurub, qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edib.

Heydər Əliyev milli şüurda formalaşdırılan yeniləşmədə milli bütövlüyün, milli özünüdərkin təməlini qoydu. Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü. Bu konsepsiya azərbaycançılıq ideologiyası idi. Heydər Əliyevin yaratdığı yeni konsepsiya tarixi varislik və yeni siyasi şərait kontekstində qiymətləndirilir.

1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında ilk dəfə geniş ictimaiyyət qarşısında çıxış edən Heydər Əliyev aşağıdakı fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolu tutmağa aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. Ümummilli Lider qeyd edirdi ki, Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?

Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanır. O, özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə dəvət edərək bildirir: "28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Respublikası yaranıb. Belə olan halda bu hadisəyə və 1920-ci il 28 aprel hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət, öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?"

Heydər Əliyevin müstəqil dövlət konsepsiyası nələri ehtiva edir?

Heydər Əliyevin müstəqil dövlət konsepsiyası tezisləri, Heydər Əliyev siyasi fəlsəfəsinin mayasını təşkil edən dövlət müstəqilliyi konsepsiyası onun həyat amalına çevrilib. Ulu Öndərin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi:

1) Dövlət müstəqilliyi;

2) Demokratiya, siyasi plüralizm, şəffaflıq;

3) Hüququn aliliyi;

4) Sosial ədalət.

Heydər Əliyev hər bir çıxışında tarixi məsuliyyəti dərk etməyə, azadlıq və istiqlaliyyətimizin əldə olunmasında bütün gücümüzü səfərbər etməyə çağırırdı. Vurğulayırdı ki, Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Tarix sübut edir ki, milli ideologiya xalqların özünüdərk prosesində və dünya xalqları içərisində öz yerini müəyyənləşdirməsində əsas amildir. Dövlət xalqın qalxanıdır. Dövlət olmadan xalq özünü realizə edə bilməz. Dövlət-xalq vəhdətini yaratmaq üçün isə hökmən ideologiya lazımdır. Heydər Əliyevin dövlətçilik təfəkkürü bunu realizə etməyə imkan verirdi və məhz bu təfəkkürlə Ulu Öndər azərbaycançılıq ideologiyasını yarada bildi.

İlk növbədə, qeyd edim ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyası ona qədər mövcud olan ideologiyaları - turançılıq, türkçülük və İslamı eyni uğurla ehtiva edərək yeni məna və məzmun daşıyır. Millilik, dövlətçilik, müstəqillik və dünyəvilik görkəmli dövlət xadimi Heydər Əliyevin ideologiyasının əsaslarını təşkil edir. Heydər Əliyev azərbaycançılıq ideologiyasını müstəqil dövlətçilik ideologiyasına çevirməyə nail olaraq dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətini özündə əks etdirib.

Azərbaycançılıq ideologiyasının əsas atributları

Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributlarıdır. Heydər Əliyevin müstəqil ölkəmizdə dövlət dili anlayışına müstəqil dövlətçilik nöqteyi-nəzərindən qiymət verməsi nəticə etibarilə Azərbaycan xalqı amilinin mahiyyətinin açılmasına işıq salıb. Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan xalqı təlimi ölkəmizdə ümummilli birlik və həmrəylik yaratmağın nümunəsidir. Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır.

XXI əsr Azərbaycanın tarixində iqtisadi, mədəni, siyasi, diplomatik istiqamətlərdə baş verən bütün transformasiyaların, modernləşmə proseslərinin, möhtəşəm inkişafın arxasında qüdrətli bir liderin dayandığı, yeni tipli bir görkəmli dövlət xadiminin respublikaya uğurla rəhbərlik etdiyi danılmaz faktdır.

Heydər Əliyevin kompleks yanaşma prinsipinin Prezident İlham Əliyev tərəfindən çoxaspektli yanaşma, çoxvektorlu inkişaf metodu ilə əvəzləməsi, əslində, həm də siyasi varisliyin günümüzdəki yeni modeldə təzahürü kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin çevik idarəçilik modelinin və praqmatik siyasətinin mahiyyəti ölkəmizdə qazanılan böyük nailiyyətlərin və dünya birliyində əldə edilmiş mühüm nəticələrin təzahürüdür.

Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, diplomat Prezident İlham Əliyevin Ümummilli Lider haqqında söylədiyi fikirlər diqqət çəkir: “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq. Azərbaycanda bu siyasətin alternativi yoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır