Hindistanda rekord isti hava müşahidə olunur
Pekin, 21 may, AZƏRTAC
Hindistanın paytaxtı Dehlidə havanın hərarəti 46 dərəcəyə çatıb.
AZƏRTAC xəbər verir ki, meteoroloqlar bu göstəricinin paytaxt üçün rekord göstərici olduğunu bildiriblər.
Şiddətli istilərin qarşıdakı günlərdə davam edəcəyi proqnozlaşdırılır. Bu cür hava şəraiti açıq havada işləyənlər üçün böyük çətinliklər yaradıb.
Paytaxtdan başqa, Uttar Pradeş və digər bölgələr də şiddətli istilərdən əziyyət çəkir. Uttar Pradeşin bəzi yerlərində mayın 20-də havanın hərarəti 48,2 dərəcəyə çatıb ki, bu da 1951-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Meteoroloqlar Hindistanın böyük bir hissəsində ən azı bir həftə ərzində isti hava şəraitinin davam edəcəyini gözləyirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]