“HİZBULLAH”LA MÜHARİBƏ İSRAİLƏ 5 MİLYARD DOLLARA BAŞA GƏLMİŞDİR
Livanda müharibəyə birbaşa xərclər 2,7 milyard dollar məbləğində qiymətləndirilir. Bunun 1,6 milyardı ordunu maliyyələşdirməyə, 1,1 milyardı isə ziyan çəkmiş şirkətlərə və vətəndaşlara kompensasiya ödənilməsinə getmişdir.
İsrail hökuməti təcili xidmət orqanlarına əlavə olaraq 455 milyon dollar ayırmağı planlaşdırır. Maliyyə Nazirliyi bildirir ki, xərclər büdcənin bir sıra maddələrini maliyyələşdirməyin azaldılması hesabına ödəniləcəkdir. Ekspertlər proqnozlaşdırırlar ki, “Hizbullah”a qarşı hərbi kampaniya nəticəsində ÜDM 1,5 faiz azalacaqdır. Cari ildə iqtisadiyyatın artımı planlaşdırılan 5,2-5,5 faiz əvəzinə, 4 faizdən artıq olmayacaqdır.
Xatırladaq ki, İsrailin Livana qarşı hərbi əməliyyatı iyulun 12-də “Hizbullah” döyüşçüləri İsrail hərbi qulluqçularından bir neçəsini öldürdükdən və ikisini oğurladıqdan sonra başlanmışdır. Bunun cavabında İsrail Livanın infrastruktur obyektlərini bombalamış və ölkənin cənubuna qoşun yeritmişdir. “Hizbullah” döyüşçüləri isə İsrailin Livanla sərhəd yaxınlığındakı ərazilərini müntəzəm raket atəşlərinə tutmuş və İsrail silahlı qüvvələrinin Livan ərazisinə daxil olmuş bölmələri ilə vuruşmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]