Azərbaycan Dövlət İnformasiya Agentliyi

HOLSİM GROUP ŞİRKƏTİ İDARƏ HEYƏTİNİN SƏDRİ VƏ BAŞ DİREKTORU MARKUS AKERMANIN ÇIXIŞI

- Zati-aliləri hörmətli cənab Prezident Əliyev,

cənab nazir Mustafayev,

hörmətli səfir Alayn Quidetti,

hörmətli səfir Çjan Yannyan,

hörmətli qonaqlar, həmkarlar, xanımlar və cənablar!

Sizi burada salamlayıb, sizə müraciət etmək imkanında olmağım böyük şərəfdir. Bu gün “Qaradağ Sement”in yeni soba xəttinin təməlinin qoyulmasını qeyd edə bilməyimizə çox şadam. Yeni soba xətti layihəsinə qoyulan 400 milyon dollarlıq sərmayə təkcə bu ölkənin qeyri-enerji sektoruna qoyulan ən böyük sərmayələrdən biri deyil, həm də Holsim qrupu üçün çox mühüm bir öhdəlikdir.

Cənab Prezident, bu gün bu mərasimdə iştirak etdiyinizə görə Sizə dərindən təşəkkür edirik. Burada - “Qaradağ Sement” ASC-də Sizə bu mühüm layihənin reallaşmasına verdiyiniz dəstəyə görə rəhbərliyimiz və işçilərimiz adından, həmçinin Holsim qrupu adından dərin minnətdarlığımızı bildiririk. Bu mühüm layihəni həyata keçirmək üçün hökumət strukturlarından lazımi icazə və lisenziyaların əldə olunmasında göstərilən konstruktiv işbirliyini və bizə verilən dəstəyi yüksək dəyərləndiririk.

Holsim şirkəti öz sementi, betonu və beton doldurucuları, 70-dən artıq ölkədə fəaliyyət göstərən çoxsaylı əməliyyatları ilə tikinti xammalı sənayesində ən yaxşı, sabit inkişaflı bir şirkət kimi tanınmışdır. Bizim enerjiyə qənaət etmək strategiyamız, əmək sağlamlığı və təhlükəsizliyi sahəsində səylərimiz və insan resurslarının inkişafında təşəbbüsümüz beynəlxalq nüfuz qazanmışdır. Ardıcıl olaraq dörd ildir ki, “Dow Jons” Davamlılıq İndeksi Holsim şirkətini “Sənayenin lideri” kimi tanımışdır. Şirkət həmçinin çoxsaylı mükafatlar qazanmışdır. 2008-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda “Pricewaterhouse” sabit inkişafa yardım idarəetmə qrupu ilə birgə Holsimə “Sektor lideri” mükafatı və “Qızıl dərəcə” fərqlənmə mükafatı təqdim etmişlər.

Holsim ölkəyə yeni texnologiyalar, iş metodları gətirmək, yeni iş yerləri açmaq, insan resurslarını inkişaf etdirmək və təlimlər keçmək, ətraf mühitin qorunması işinə yatırım etmək, yüksək keyfiyyətli məhsulları istehsal edərək, özünün müştəri xidmətləri və təhsil proqramları vasitəsilə Azərbaycanda inkişafı dəstəkləmək arzusundadır. Biz bu istəyimizi son onillik ərzində nümayiş etdirmişik və gələcəkdə də bu öhdəliyimizi yerinə yetirəcəyik.

Tikinti beton tələb edir, betonun isə əsas tərkib hissəsi sementdir. İnkişaf edən cəmiyyətin və güclənən iqtisadiyyatın sementə ehtiyacı vardır. Yerli sementin ən əsas təminatçısı, həqiqətən də, təkcə “Qaradağ Sement”dir. Çox lazımlı bu tikinti materialının əsas təminatçısı kimi “Qaradağ Sement”in oynadığı mühüm rol yaxşı məlumdur. Əmin ola bilərsiniz ki, biz bu məsuliyyətə tam ciddiliklə yanaşacağıq. Müştərilərimizi lazım olan keyfiyyətdə və miqdarda sementlə təmin etmək üçün davamlı səylərinə görə “Qaradağ Sement”in rəhbərliyinə və işçilərinə öz dərin ehtiramımı ifadə etmək istərdim. Bu insanlar möhtəşəm iş görürlər. Onlar daim artan tələbatı təmin etmək üçün maksimum səviyyədə çalışırlar. Lakin indi artıq yeni səhifə açmaq və ən son texnologiyalardan istifadə etməklə həm ətraf mühit üçün zərərsiz olan, həm də dünyada mövcud olan ən yaxşı istehsal prosesi yaratmaqla, müasir məhsullar istehsal etmək zamanıdır. Yeni soba xətti daha az zərərli tullantılar ayrılmasına yardım edəcək və “Qaradağ Sement”in ətraf mühitin mühafizəsinin səmərəliliyini artıracaqdır. Bu, hazırda “Qaradağ Sement”də köhnə xətləri dəyişməyə və istehsalı 30 faizdən çox artırmaqla, müştərilərimizi daha çox yerli sementlə təmin etməyə imkan verəcəkdir.

Cənab Prezident!

Hörmətli qonaqlar!

Bu layihə “Qaradağ Sement”in və Holsimin uzunmüddətli öhdəliyidir. İki ildən sonra hazır olacaq soba 50 il ərzində istifadə ediləcəkdir. Biz bu layihəni həyata keçirməklə ölkənin sonrakı inkişafına çox lazım olan sementin istehsalına töhfə verəcəyik. Təbii ki, bu gün bu tədbirin keçirilməsi şirkətimizin gələcək uğurlu inkişafının vacib bir mərhələsidir. Lakin eyni zamanda, mən əminliyimi bildirmək istəyirəm ki, bu, həmçinin, bütövlükdə sizin ölkəniz qarşısında Holsim qrupunun və “Qaradağ Sement” ASC-nin öhdəliyinin və Sizə göstərdiyimiz etimadın böyük, güclü bir rəmzidir.

Diqqətinizə görə minnətdaram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY