Hövsan Yaşayış Kompleksində güzəştli mənzil satışı davam edir VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi - Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 2020-ci il dekabrın 18-də saat 11:00-da başlayacaq və dekabrın 28-i saat 11:00-dək davam edəcək.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi 2020-ci il dekabrın 22-də saat 11:00-da başlayacaq və dekabrın 28-i saat 11:00-dək davam edəcək. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.