Hu Fenhua: Azərbaycanda Çin dilinin öyrənilməsinə böyük maraq var
Noyabrın 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində IV Beynəlxalq Tələbə Festivalı keçirilib. Artıq ənənəyə çevrilmiş bu festivalda xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə azərbaycanlı və xarici tələbələr və jurnalistlər iştirak ediblər.
Bakı Dövlət Universitetinin Konfutsı İnstitutunun Çin tərəfdən direktoru, festivalda iştirak edən dosent Hu Fenhua AZƏRTAC-ın müxbirinə eksklüziv müsahibəsində deyib: “Azərbaycanda yaşadığım və işlədiyim müddətdə hiss edirəm Kİ, azərbaycanlılar Çin dili öyrənməyə böyük səy göstərirlər. Ölkənizin sakinləri Çinin qədim mədəniyyətinə də böyük hörmətlə yanaşırlar. Çin çoxmillətli ölkədir. Burada hər bir xalqın özünəməxsus adət və ənənələri, xüsusiyyətləri, milli geyimi var. Çinin və Azərbaycanın qədim xalqlarını gələcəyə pozitiv münasibət, gözəlliyə məhəbbət, yeni biliklərə, təhsilə can atmaq, bir-birinə hörmət kimi keyfiyyətlər birləşdirir. Əminəm ki, Çin və Azərbaycan xalqları arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.