HÜQUQİ MÖVZULARDA BUKLETLƏR NƏŞR OLUNMUŞDUR
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümumi tirajı 6 min nüsxə olan bukletlər İsveç Beynəlxalq İnkişaf Agentliyi, Raul Volenberq adına İsveç İnsan Hüquqları və Humanitar Hüquq İnstitutu və Amerika Hüquqşünaslar Assosiasiyasının maliyyələşdirdikləri layihə çərçivəsində buraxılmışdır. Bukletlərdə Avropa İnsan Hüquqları Məhkəməsi, təşkilata müraciət qaydaları, ombudsmanın fəaliyyəti, aparatın əlaqə göstəriciləri, qəbul günləri haqqında informasiya vardır.