SİYASƏT
İbrahim Neqm : Dini liderlərin qlobal Bakı Sammitinin COP29 ərəfəsində keçirilməsi uğur hekayəsidir
Bakı, 6 noyabr, AZƏRTAC
“Dünya dini liderlərinin qlobal Bakı Sammitinin COP29 ərəfəsində keçirilməsi uğur hekayəsidir. Dini liderlərin toplanması dinlərin təcrid edilməsi fonunda baş verir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir diyarının Baş müftisinin müşaviri İbrahim Neqm Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ikinci günündə keçirilən plenar iclasda deyib.
O bildirib ki, dünyada dinlərin müsbət rolu çoxdur. Dinlər həll yollarının tapılmasına da müsbət təsir edə bilər. Ona görə də, səylərimizi birləşdirib birgə çalışmalıyıq.