İÇMƏLİ SU TƏCHİZATI PROQRAMI HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Tipli Səhmdar Cəmiyyəti Salyan şəhəri sakinlərinin içməli su təchizatı üzrə Dövlət Proqramının ikinci mərhələsi üçün müəyyənləşdirilmiş vəzifələrin icrasına başlamışdır. Bu dəfə tutumu 1000 kubmetr olan su anbarı və nasosxana inşa ediləcək, şəhərin Plastmas adlanan hissəsində kanalizasiya sistemi yenidən qurulacaq, bir sıra digər yaşayış məhəllələrində isə 5 min metr uzunluğunda içməli su xətləri çəkiləcəkdir.
Podratçı təşkilat “LTD” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Su anbarının bünövrəsi qazılmış, beton özül tökülmüş, 500 metr uzunluğunda su xətti çəkilmişdir. Proqramın icrası bu ilin sonunadək yekunlaşdırılacaq və 20 mindən çox yerli sakinə normal həcmdə, keyfiyyətli içməli su çatdırılacaqdır.