İctimai Şura üzvləri ADAU-da: aqrar təhsilin keyfiyyəti və müasir çağırışlar
Gəncə, 16 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq, Zoomühəndislik, Aqrar iqtisadiyyat və Baytarlıq təbabəti fakültələrinin bir qrup professor-müəllim və tələbə heyəti ilə silsilə görüşlər keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlər zamanı aqrar təhsilin keyfiyyətinin artırılması, müasir çağırışlara uyğun kadr hazırlığı, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və təhsillə istehsalat arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İctimai Şura üzvləri aqrar sahənin davamlı inkişafında ali təhsil müəssisələrinin rolunu vurğulayıb, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırıblar. Eyni zamanda, tələbələrin təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Müxbir - Elcan Məmmədov