İdarə Heyətinin sədri: Ölkəmiz quraqlığa məruz qalacaq ölkələr siyahısında ilk onluqdadır
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Aqrar Sığorta Fondunun risklər siyahısına quraqlıq hadisəsi ilə bağlı sığorta da daxil edilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fondun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
O bildirib ki, quraqlıq sığortası fondun qarşısında duran ən vacib vəzifələrdəndir.
“Ölkəmiz quraqlığa məruz qalacaq ölkələr siyahısında ilk onluqdadır. Hazırda fermerlərə quraqlıqdan hansı formada təminat verə biləcəyimizi təhlil edirik. Bu il ölkədə 200 min hektara yaxın əkin sahəsi quraqlığa məruz qalıb. Bizim vəzifəmiz növbəti dövrdə bu xidməti fermerlərə təqdim etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]