İdarəetmə Sistemləri İnstitutu əməkdaşlarının məqaləsi xarici jurnalda dərc edilib
Bakı, 15 aprel, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə laboratoriyasının rəhbəri, professor Kamil Mənsimov və həmin laboratoriyanın aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyevin həmmüəllif olduğu adlı məqalə Rusiya Elmlər Akademiyasının Proqram Sistemləri İnstitutunun “Proqram sistemləri: nəzəriyyə və tətbiqlər” elmi jurnalında dərc edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, rus dilində “Stoxastik Qursa-Darbu sistemlərində kvaziməxsusi idarələr” adlı məqalədə paylanmış parametrli stoxastik optimal idarəetmə məsələsi tədqiq olunaraq, kvaziməxsusi idarələrin optimallığı üçün müxtəlif tipli zəruri şərtlər alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]