IFC: Aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsi 4 dəfə artırılmalıdır
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanda bank krediti və maliyyələşmə üçün iqlim layihələrinin sayı artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda çıxışı zamanı deyib.
O bildirib ki, qlobal səviyyədə kifayət qədər pul və likvidlik mövcuddur.
“Bu maliyyəni biz layihələrə yönəltməliyik. İnkişaf etməkdə olan ölkələrin illik iqlim maliyyəsinin axını aşağı və orta gəlirli ölkələr üçün 425 milyard dollardan azdır. Bu valyuta axınları ən azı 4 dəfə artmalı və 80 faizdən çoxu özəl sektordan daxil olmalıdır. Aşağı və orta gəlirli ölkələrin iqlimlə bağlı fəaliyyətlərini dəstəkləmək üçün 2030-cu il qədər 1,7-3,4 trilyon dollar iqlim maliyyəsinə ehtiyac olacağı təxmin edilir. Güzəştli kapital bir çox iqlim layihələrinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün mühüm alətdir və aktivlər sinfi kimi inkişaf etməkdədir”, - deyə Aliyə Əzimova əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]