İftixar Piriyev: Ölkəmizdə qarşıdurma yaratmaq istəyən qüvvələr layiqli cəzalarını alacaqlar
Bakı, 13 iyul, AZƏRTAC
Gəncədə törədilən iğtişaş ekstremist qüvvələrin ölkəmizdəki sabitliyi, əmin-amanlığı pozmaq məqsədi daşıyan addımıdır. Əlbəttə, bir ziyalı olaraq mən belə qüvvələri lənətləyirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev söyləyib.
Teatrının rəhbəri İ.Piriyev deyib: “Dünyada bir sıra qabaqcıl dövlətlər var ki, heç onlarda da ölkəmizdə olan sabitlik yoxdur. Bu baxımdan nümunəvi bir ölkədə yaşayırıq. Ən əsası isə Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Xalqımız Prezident İlham Əliyevə inanır, bu əmin-amanlığı alqışlayır və bunu pozmaq istəyənlər öz layiqli cəzasını alacaqlar. Ölkəmizdə qarşıdurma yaratmaq, rahatlığımızı pozmaq istəyən qüvvələrə qarşı bütün xalqımız ayağa qalxıb. Əminik ki, cinayəti törədənlər layiqli cəzalarını alacaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]