İğdırda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Xocalı soyqırımı ilə bağlı Türkiyənin İğdır şəhərinin mədəniyyət sarayında tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dərnəyin sədri Ziya Zakir Acar çıxış edərək qondarma “erməni soyqırımı” siyasətini reallaşdırmağa çalışan erməni lobbisinin dünyada insanların gələcəyini təhlükəyə qoyan işlər gördüyünü diqqətə çatdırmışdır. Natiq Xocalı soyqırımının bütün faktlarla həqiqət olduğu sübut olunduğu halda, ermənilərin öz qondarma soyqırım iddiaları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışdıqlarını vurğulamışdır.
Atatürk Universitetinin müəllimləri Kərəm Karabulut, Gürsoy Solmaz, şair-publisist Müslüm Oğuz çıxışlarında əsrlər boyu ermənilərin azərbaycanlılara və türklərə qarşı düşmənçilik siyasəti yürütdüklərinü bildirmişlər. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətindən hələ də imtina etmədiyini xüsusi vurğulayan natiqlər Azərbaycan torpağında yeni soyqırımların törədilməsinə imkan verməmək üçün belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər. Onlar Türkiyə Böyük Millət Məclisini bu vəhşiliyi soyqırım kimi tanımağa çağırmışlar.
Sonda Azərbaycanın Qarsdakı baş konsulluğunun İğdır üzrə nümayəndəsi Rafiq Rüstəmoğlu çıxış edərək ermənilərin 1915-1918-ci illərdə Türkiyədə törətdikləri soyqırımın bənzərini 1992-ci ildə Xocalıda həyata keçirdiklərini, günahsız insanları ən vəhşi üsullarla qətlə yetirdiklərini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]